Venesueladan sonra Tramp diqqətini Qrenlandiyaya yönəldir – Doğrudanmı ciddidir?

Venesueladan sonra Tramp diqqətini Qrenlandiyaya yönəldir – Doğrudanmı ciddidir?

Hazırda oxunan: Venesueladan sonra Tramp diqqətini Qrenlandiyaya yönəldir – Doğrudanmı ciddidir?

589205

Donald Trampın Qərb yarımkürəsindəki ambisiyaları doymaq bilmir. Venesuelanın avtoritar lideri Nikolas Maduronu ələ keçirməsindən cəmi bir gün sonra Tramp növbəti hədəfini müəyyənləşdirib və “Milli təhlükəsizlik baxımından Qrenlandiya bizə lazımdır” deyib

Bizim.Media xəbər verir ki, bu barədə prezident Air Force One təyyarəsində jurnalistlərə bildirib.

Bundan sonra MAGA maşını (Donald Trampı və “Make America Great Again” ideologiyasını dəstəkləyən siyasi mexanizm) dərhal işə düşüb.

Prezidentin nüfuzlu müşaviri Stiven Millerin həyat yoldaşı Keyti Miller Qrenlandiyanın ABŞ bayrağı ilə örtülmüş xəritəsini paylaşaraq altına “TEZLİKLƏ” (“SOON”) sözünü yazıb.

Qrenlandiya və Danimarka liderləri isə şoka düşüb. Onlar bu sualının cavabını tapmağa çalışırlar: “Ağ Evin sahibi doğrudanmı ciddidir?”. (Mənbə: economist.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO