Venesuelanın paytaxtı Karakasda Prezident sarayının yaxınlığında atışma səsləri eşidilib.
Bizim.Media xəbər verir ki, bu barədə Amerikanın "BNO News" portalı məlumat yayıb.
Qeyd olunub ki, atışma Venesuelada prezident sarayının yaxınlığında olub. Hadisənin hansı şəraitdə baş verdiyi bəlli deyil.
Venesuelanın "Noticias Caracol" radiostansiyasının mənbələri hadisə bölgəsində dövlət qurumlarının təxliyyə edildiyini bildirib. Onlar iddia ediblər ki, pilotsuz təyyarələr ərazi üzərində uçmuş ola bilər və bu, ehtimal ki, hava hücumundan müdafiəni işə salıb.
"AFP" xəbər agentliyi hökumətdəki mənbələrə istinadən vəziyyətin nəzarət altında olduğunu bildirib.
Bizim.Media


































































































