Dünyadakı ən qəribə 12 qadağa: Burada ölməyə icazə verilmir

Dünyadakı ən qəribə 12 qadağa: Burada ölməyə icazə verilmir

Hazırda oxunan: Dünyadakı ən qəribə 12 qadağa: Burada ölməyə icazə verilmir

589103

Bir ölkədə gündəlik həyatın normal bir hissəsi olan davranışlar, digərində ağır cərimələrə və ya hətta həbs cəzasına səbəb ola bilər.

Bizim.Media xarici KİV-ə istinadla dünyadakı ən qəribə qayda və qadağalarını təqdim edir:

1. Milanda, dəfn mərasimləri və xəstəxanaya baş çəkmələr istisna olmaqla, insanların daim gülümsəməsini tələb edən köhnə bir qanun var. Artıq tətbiq edilməsə də, şəkillərinizdə gülümsəmək yaxşı bir fikir ola bilər.

2. "Metabo Qanunu"na əsasən, 40-74 yaş arası şəxslərin bel ətrafı hər il ölçülür. Lazım gələrsə, onlar pəhriz və sağlamlıq məsləhətləri üçün yönləndirilir.

3. Venesiyada tarixi tikililəri qorumaq üçün xüsusilə san Marko meydanında göyərçinləri yemləmək və yem satmaq qadağandır.

4. Sinqapurda 1992-ci ildən bəri saqqız qadağandır. Məqsəd ictimai məkanların təmizliyini qorumaqdır. Tibbi məqsədlər üçün istifadə edilən saqqız istisna olsa da, saqqız satmaq, almaq və çeynəmək ümumiyyətlə qadağandır.

5. Kandada tək bir alış-verişdə maksimum 25 ədəd bir dollarlıq sikkə istifadə edilə bilər.

6. Norveçin Lonqirbyen şəhərində ölmək qadağandır.Donmuş torpaq səbəbindən dəfn etmək mümkün deyil. Ölüm yatağında olanlar materikə göndərilir.

7. Fransanın Sarpourenx kəndində dəfn yeri almadan ölmək qadağandır. Qəbiristanlıqda yer qalmadığı üçün əvvəlcədən dəfn yeri almayanların ölməsi qadağan edilib.

8. Şotlandiyada tualetdən istifadə etmək istəyən yad adam üçün qapını açmaq məcburiyyətindəsiniz. Köhnə qonaqpərvərlik qanunlarına əsaslanan bu qayda hələ də qüvvədədir.

9. Danimarkada körpəyə ad seçmək üçün dövlətin təsdiqi tələb olunur. Valideynlər əvvəlcədən müəyyən edilmiş 7000 ad siyahısından seçim etməlidirlər. Fərqli bir ad üçün xüsusi icazə tələb olunur.

10. İtaliyanın Turin şəhərində hər gün itinizi gəzdirməlisiniz. Turində gündə ən azı bir dəfə itini gəzdirməyənlər 500 avroya qədər cərimə oluna bilər. İtlərin tüklərinin boyanması ilə bağlı müxtəlif məhdudiyyətlər də mövcuddur.

11. Rusiyada çirkli avtomobil sürmək qadağandır. Çirkli avtomobil sürmək hörmətsizlik hesab olunur və cərimə ilə cəzalandırılır.

12. Birləşmiş Ərəb Əmirliklərində ictimai yerlərdə söyüş qadağandır. Sosial media da daxil olmaqla, kobud sözlərdən istifadə cərimə və ya həbs cəzası ilə nəticələnə bilər. (ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO