Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Almaniya kansleri Fridrix Mertsin oğurlanmasının “əla dönüş” nöqtəsi ola biləcəyini deyib.
Bizim.Media xəbər verir ki, o, “TASS”a müsahibəsində bu barədə danışıb.
Medvedevin sözlərinə görə, o, belə bir ssenarinin reallaşmasını “tamamilə mümkünsüz hesab etmir”.
“Neonasist Mertsin oğurlanması bu hadisələr fonunda əla bir dönüş nöqtəsi ola bilər. Bu, mümkünsüz deyil”, — deyə o yazıb.
Qeyd edək ki, Medvedev Maduronun ələ keçirilməsini qanunsuz hesab etsə də, bu addımın müəyyən məntiqinin olduğunu bildirib. Onun sözlərinə görə, Tramp bütün sahələrdə ardıcıl şəkildə öz ölkəsinin maraqlarını müdafiə edir.
“O və komandası ölkəsinin milli maraqlarını kifayət qədər sərt şəkildə qoruyur”, — deyə Medvedev vurğulayıb.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuela ərazisində əməliyyatlara başlayıb. Əməliyyat çərçivəsində bir sıra hərbi və strateji obyektlərə zərbə endirilib. Bundan əlavə, Venesuela Prezidenti Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ABŞ-a aparılıb. Maduro və həyat yoldaşı Nyu-Yorkda hakim qarşısına çıxarılacaq.
Bizim.Media


































































































