Antalyada xizək mərkəzində çardaq uçdu -  8 yaralı var

Antalyada xizək mərkəzində çardaq uçdu -  8 yaralı var

Hazırda oxunan: Antalyada xizək mərkəzində çardaq uçdu -  8 yaralı var

58905

Antalyanın “Saklıkent” xizək mərkəzində güclü qar yağması nəticəsində turizm obyektlərindən birinin çardağı uçub. Nəticədə 8 nəfər xəsarət alıb.

Bizim.Media Anapdolu agentliyinə istinadən xəbər verir ki, jandarma, obyektin işçiləri və turistlər xəsarət alanları dağıntılar və qar altından çıxarıblar.

Xizək mərkəzinə Fövqəladə Halların Qarşısının Alınması və Yardım İdarəsinin (AFAD) qrupları və tibb işçiləri də gəlib.

Yaralılar helikopterlə Akdeniz Universiteti Xəstəxanasına aparılıb.

“Saklıkent” xizək mərkəzi Antalya vilayətinin Konyaaltı bölgəsində Beydağları dağ silsiləsində yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO