“Yenə də erməni hərbçiləri Azərbaycana atəş açır. Müharibə bitsə də, barışıq imzalansa da, insanlar yenidən ölür”.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel yazıb.
“Mən onları dəfələrlə Həmas, Fələstin Azadlıq Təşkilatı və digər Fələstin terror qrupları ilə müqayisə etmişəm”, deyə o, qeyd edib.
Ekspert hesab edir ki, terrorçular heç vaxt sülh içində yaşaya bilməyəcəklər, çünki sülh istəmirlər:
“Dünya onların yaratmaq, araşdırmaq və yaxşı həyat təşkil etmək kimi bacarıqsızlıqlarını üzə çıxaracaq. Ona görə də öz savadsızlıqlarına və bacarıqsızlıqlarına haqq qazandırmaq üçün özlərinin və başqalarının qanını tökəcəklər. Vətəndaşlarının vəfatı ilə əlaqədar qardaş Azərbaycan xalqına başsağlığı verirəm”.
“Fotoda Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas Vifleyem şəhərinin küçələrindən birinin adını dəyişdirərək Ermənistan küçəsi adlandırır”, deyə o, fikrini yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:59 / 06.02.2022
“Erməni hərbçiləri yenə Azərbaycana atəş açır” – İsrailli ekspert
Hazırda oxunan: “Erməni hərbçiləri yenə Azərbaycana atəş açır” – İsrailli ekspert
Hazırda oxunan: “Erməni hərbçiləri yenə Azərbaycana atəş açır” – İsrailli ekspert
58901
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.