Putin Ərdoğan və xanımına tezliklə sağalmalarını arzuladı

Putin Ərdoğan və xanımına tezliklə sağalmalarını arzuladı

Hazırda oxunan: Putin Ərdoğan və xanımına tezliklə sağalmalarını arzuladı

0:00
0:00
58900

Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana, eləcə də əvvəllər koronavirusun “Omikron” ştamına yoluxmuş həyat yoldaşına teleqram göndərib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Kremlin saytında yerləşdirilib.

Mənbə qeyd edir ki, müraciətdə Rusiya rəhbəri onlara tezliklə sağalmalarını arzulayıb.

“Sizi və həyat yoldaşınızı ürəkdən dəstəkləmək istərdim. Əminəm ki, həyati enerjiniz və xoş əhval-ruhiyyəniz sizə ən qısa zamanda virusun öhdəsindən gəlməyə kömək edəcək. Ürəyimdən sizə həm tam sağalma, həm də uzun illər cansağlığı arzulayıram”, - deyə müraciətdə bildirilir.

Xatırladaq ki, Ərdoğan bir müddət əvvəl həyat yoldaşı ilə birlikdə "Omikron" virusunun stamina yoluxduğunu bildirmişdi.

Daha sonra Türkiyə Səhiyyə Nazirliyi Ərdoğanın səhhətinin vəziyyəti ilə bağlı məlumatlara aydınlıq gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO