Karakasda ABŞ-ın vurduğu obyektlərin peyk görüntüləri yayıldı - FOTO

Karakasda ABŞ-ın vurduğu obyektlərin peyk görüntüləri yayıldı - FOTO

Hazırda oxunan: Karakasda ABŞ-ın vurduğu obyektlərin peyk görüntüləri yayıldı - FOTO

588880

ABŞ aviasiyasının Venesuela prezidenti Nikolás Maduronun ələ keçirilməsi əməliyyatı zamanı vurduğu obyektlərin peyk görüntüləri yayılıb. Şəkilləri Business Insiderin hərbi müxbiri Ceyk Epstein yayıb. Vantor şirkətinin görüntülərində Venesuelanın əsas hərbi obyektlərindən biri olan Fuerte-Tiuna kompleksi üzərində ABŞ hava zərbələrinin nəticələri görünür.

Bizim.Media xəbər verir ki, ABŞ qüvvələri strateji binaları hədəf alıb, bunlar arasında Müdafiə Nazirliyi və Maduro rejiminin yüksək hərbi idarəetmə orqanları var idi. Peyk görüntüləri anbarların və giriş postlarının tam məhv olduğunu, həmçinin hərbi texnika, avtomobil nəqliyyatı və hava hücumundan müdafiə vasitələrinin (PVO) zərər gördüyünü təsdiqləyir.

Məlumata görə, vurulmuş obyektlər arasında La-Karlota hava bazasındakı Buk-M2EK zenit-raket kompleksi də var. Əməliyyat zamanı ABŞ qırıcılardan, kəşfiyyat təyyarələrindən, pilotsuz uçan aparatlardan və strateji bombardmançı təyyarələrdən istifadə edib.

ABŞ hərbi mənbələri bildirir ki, PVO-nun ilk mərhələdə sıradan çıxarılması əməliyyatın ikinci mərhələsinin uğurla həyata keçirilməsinə imkan verib. Belə ki, hava hücumundan müdafiənin zəiflədilməsi helikopter qruplarına hava məkanını açıb, bu isə küləkli ərazidə hücum bölmələrinin enişini və Maduronun ələ keçirilməsini təmin edib.

Pentaqon rəsmilərinin açıqlamasına görə, Maduronun tutulması cəmi 30 dəqiqə davam edib. Ani və sürətli hərəkət ABŞ heyəti və aviasiyasının itkilərinin qarşısını alıb.

Xatırladaq ki, ABŞ illərdir Maduronun tutulmasına çalışırdı, 5 il əvvəl isə məhkəmə onu “narkoterrorizm”də ittiham etmişdi. 2020-ci ildə federal prokurorlar iddia etmişdi ki, Maduro və ətrafı Kolumbiya üsyançı qrupu FARC ilə əməkdaşlıq edərək kokain və silahı ABŞ-a keçiriblər.

ABŞ prezidenti Donald Tramp isə bildirib ki, Maduro uzaqlaşdırıldıqdan sonra Venesueladakı siyasi dəyişikliklərdə iştirak edəcək, beləliklə yeni diktatorun hakimiyyətə gəlməsinin qarşısı alınacaq.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO