Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer Venesuelada demokratik hakimiyyətin təhvil verilməsini dəstəklədiklərini bildiriblər.
Bizim.Media xəbər verir ki, Starmer bu barədə X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Böyük Britaniya uzun müddətdir Venesuelada hakimiyyətin ötürülməsini dəstəkləyir.
“Biz Maduronu qanuni prezident hesab etmirdik və onun rejiminin sonuna görə kədərlənmirik”, deyə o, qeyd edib.
Starmer əlavə edib ki, yaxın günlərdə Böyük Britaniya hökuməti ABŞ həmkarları ilə vəziyyətin inkişafını müzakirə edəcək:
“Biz qanuni hökumətə təhlükəsiz və sülh yolu ilə hakimiyyətin ötürülməsini təmin etməyə çalışırıq ki, bu hökumət Venesuelalıların iradəsini əks etdirsin”.
Makron isə deyib ki, “Venesuela xalq indi Nikolás Maduronun diktaturasından azaddır və bundan yalnız sevinməlidir:
“Hakimiyyəti ələ keçirərək əsas azadlıqları pozan Maduro xalqın ləyaqətinə ciddi zərər vurub. Gələcək keçid sülh yolu ilə, demokratik və Venesuelalıların iradəsinə hörmətlə həyata keçirilməlidir”.
Qeyd edək ki, ABŞ xüsusi təyinatlıları Venesuelanın paytaxtı Karakasda Maduronu və həyat yoldaşını ələ keçirərək ABŞ-a aparıblar. Prezident Donald Tramp bildirib ki, Maduronun uzaqlaşdırılmasından sonra Venesueladakı siyasi dəyişikliklərdə iştirak edəcək, beləliklə ona bənzər şəxslərin hakimiyyətə gəlməsinin qarşısını alacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:26 / 04.01.2026
Makron və Starmer Venesueladakı vəziyyətə reaksiya verdi
Hazırda oxunan: Makron və Starmer Venesueladakı vəziyyətə reaksiya verdi
Hazırda oxunan: Makron və Starmer Venesueladakı vəziyyətə reaksiya verdi
588877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































