Hindistanda fillər qadını öldürdü

Hindistanda fillər qadını öldürdü

Hazırda oxunan: Hindistanda fillər qadını öldürdü

588871

Hindistanın Uttar-Pradeş ştatında, Nepal sərhədinə yaxın ərazidə bir fil sürüsü qadını öldürüb.

Bizim.Media xəbər verir ki, hadisə barədə informasiyanı The Statesman yayıb.

Fəlakət Kətarniaghat meşəsində baş verib. 47 yaşlı Baliqa Sen digər kənd qadınları ilə birlikdə sahədə işləyirdilər. Axşam qrup evə qayıdarkən, meşədən fil sürüsü çıxıb.

Şahidlərin sözlərinə görə, filər qadınları kol-kos ətrafında əhatəyə alıblar. Çoxları qaçıb xilas ola bilsə də, Baliqa Sen tələyə düşüb. Fillər onu tutaraq bir neçə dəfə yerə vurublar. Alınan xəsarətlərdən qadın hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra fil sürüsü ərazini tərk edib. Qaranlıq və heyvanların yenidən qayıtmasından qorxu səbəbindən cəsəd dərhal tapılmayıb.

Səhər saatlarında isə bədən artıq Nepaldakı ərazidə aşkar olunub. Qadının üzü və bir əli yox idi. Yerli sakinlər pələng hücumu ehtimalı irəli sürsələr də, Meşə Departamentinin nümayəndələri hər hansı yırtıcı izinə rast gəlmədiklərini bildiriblər. İlk ehtimala görə, fillərin hücumundan sonra bədən digər heyvanlar və ya leş yeyənlər tərəfindən zədələnmiş ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO