Gürcüstanın İmereti bölgəsində yerləşən məşhur Prometey və Satapliya mağaraları müvəqqəti olaraq ziyarətçiləri qəbul edə bilməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Qorunan Ərazilər Agentliyi məlumat verib.
Turistlərin buraya buraxılmamasının səbəbi onların təhlükəsizliyidir — bölgədə qar yağıb.
Agentlik qeyd edir ki, yağış və qarın əriməsi zamanı su səviyyəsinin yüksəlməsi təbii və mövsümi haldır.
Qeyd edək ki, Gürcüstanda 13 dövlət qorunan ərazi, 10 milli park, 41 təbii abidə və 2 qorunan landşaft mövcuddur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:14 / 04.01.2026
Gürcüstanda turistlər bu əraziyə buraxılmayacaq - SƏBƏB
Hazırda oxunan: Gürcüstanda turistlər bu əraziyə buraxılmayacaq - SƏBƏB
Hazırda oxunan: Gürcüstanda turistlər bu əraziyə buraxılmayacaq - SƏBƏB
588869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































