ABŞ xüsusi təyinatlılarının əməliyyatından xeyli əvvəl Nikolás Maduronu Venesuelanın legitim prezidenti kimi təkcə ABŞ yox, bir çox ölkə tanımırdı.
Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio dünən keçirilən mətbuat konfransında bildirib.
Rubionun sözlərinə görə, Maduraya vəzifədən getməsi üçün “çox-çox səxavətli təkliflər” irəli sürülüb və onun zorakı şəkildə hakimiyyətdən uzaqlaşdırılmasının qarşısını almaq imkanı olub.
“Amma o, özünü vəhşi kimi aparmağı, axmaqlıq etməyi seçdi və nəticəni gördük… Ümid edirəm, insanlar indi başa düşür ki, ABŞ-ın 47-ci prezidenti oyun oynamır. O, nəsə edəcəyini deyirsə edir”, — deyə Rubio vurğulayıb.
O xatırladıb ki, ABŞ-da Maduronun tutulmasına gətirib çıxaracaq məlumat üçün 50 milyon dollar mükafat elan edilmişdi.
“Düşünürəm ki, biz 50 milyon dollar qənaət etdik”, — deyə Rubio zarafat edib.
Buna cavab olaraq ABŞ prezidenti Donald Tramp deyib:
“Buna əmin olun. Heç kəsin həmin pula iddia qaldırmasına imkan verməyin. Bu pul bizdən başqa heç kimə düşmür”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:25 / 04.01.2026
Rubio: Maduronu dəfələrlə getməyə çağırdıq, amma o “axmaqlıq etdi” - VİDEO
Hazırda oxunan: Rubio: Maduronu dəfələrlə getməyə çağırdıq, amma o “axmaqlıq etdi” - VİDEO
Hazırda oxunan: Rubio: Maduronu dəfələrlə getməyə çağırdıq, amma o “axmaqlıq etdi” - VİDEO
588865
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































