Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, respublikada kütləvi iğtişaşların təşkilində şübhəli bilinən 33 rusiyalı saxlanıldıqdan sonra Rusiya prezidenti Vladimir Putinlə sərt söhbət edib, bir həftə sonra “ayaqların haradan böyüdüyü” bəlli olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
"Biz bu adamları saxlayanda Federal Təhlükəsizlik Xidməti (FTX) materialları tam şəkildə təhvil verdi. Mən Putinlə söhbət etdim, danışığımız çox sərt oldu. O vaxt ruslar bizə hansısa köstəbəyin olduğunu demədilər. Araşdırmaya başladıq. Putinlə bu mövzuda üç dəfə danışdım. O dedi: “Gözləyin, indi biz araşdırırıq, gəlin birlikdə gözləyək, görək “ayaqlar haradan böyüyür”.
Lukaşenko “Solovyov Live” YouTube kanalında Vladimir Solovyova müsahibəsində deyib.
Onun sözlərinə görə, bir neçə gündən sonra hər şey yoluna qoyulub.
Xatırladaq ki, 2020-ci ilin iyul ayında Belarus hakimiyyəti 33 rusiyalının saxlanıldığını bildirib.
Belarus İstintaq Komitəsi onların respublikada kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilindiyini açıqlayıb.
Eyni zamanda, kəşfiyyat xidmətlərinin məlumatına görə, daha əvvəl Belarusa “seçki kampaniyası zamanı sabitliyi pozmaq üçün 200-dən çox yaraqlının” gəlməsi barədə məlumat daxil olub.
Respublikada prezident seçkiləri avqustun 9-da keçirilib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun dediyi kimi, Belarusda saxlanılan ruslar özəl mühafizə şirkətinin işçiləridir, ölkədə tranzitdə olublar və uçuşa gecikiblər.
Peskovun sözlərinə görə, saxlanılanlar qanunsuz əməllər törətməyiblər:
“Rusiya Belarusun daxili işlərinə qarışmayıb və qarışmır”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:44 / 06.02.2022
Lukaşenko Putinlə “sərt” söhbətindən danışdı
Hazırda oxunan: Lukaşenko Putinlə “sərt” söhbətindən danışdı
Hazırda oxunan: Lukaşenko Putinlə “sərt” söhbətindən danışdı
58885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.