Tramp daha iki ölkəyə xəbərdarlıq etdi

Tramp daha iki ölkəyə xəbərdarlıq etdi

Hazırda oxunan: Tramp daha iki ölkəyə xəbərdarlıq etdi

588840

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro tutulduqdan sonra Kolumbiya Prezidenti Qustavo Petroya xəbərdarlıq edib.

Bizim.Media Ağ Evin "YouTube" kanalına istinadən xəbər verir ki, bu mövzuda o, mətbuat konfransında danışıb.

Siyasətçinin sözlərinə görə, kokain Kolumbiyada istehsal olunur və daha sonra ABŞ-yə göndərilir.

"Ona görə də Qustavo Petro həqiqətən daha diqqətli olmalıdır", - deyə Tramp xəbərdarlıq edib.

ABŞ lideri həmçinin Kuba xalqına kömək etmək istədiyini də bildirib.

"Kuba hələ də uğursuz bir ölkədir. Biz Kubada yaşayan insanlara kömək etmək istəyirik", - deyə Tramp bildirib. Onun sözlərinə görə, Kuba məsələsi Venesueladakı vəziyyətlə çox oxşardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO