Berlində on minlərlə sakin işıqsız qalıb

Berlində on minlərlə sakin işıqsız qalıb

Hazırda oxunan: Berlində on minlərlə sakin işıqsız qalıb

588797

Berlinin cənub-qərbində elektrik enerjisinin kəsilməsi on minlərlə sakini çətin vəziyyətdə qoyub.

Bizim.Media xəbər verir ki, səhər saatlarından etibarən paytaxtın Steqlits-Zehlendorf rayonunun Nikolassee, Zehlendorf, Vannze və Lixterfelde ərazilərində təxminən 50 min evə və 2 minə yaxın obyektə elektrik enerjisinin verilişi dayanıb. Hadisəyə Teltov kanalı üzərində yerləşən kabel körpüsündə baş vermiş yanğın səbəb olub. Nəticədə bir neçə yüksəkgərginlikli kabel zədələnib.

Yanğın söndürülsə də, bərpa işlərinin mürəkkəb və vaxtaparan olduğu bildirilib. Rəsmi açıqlamalara görə, elektrik təchizatının mərhələli şəkildə bərpası nəzərdə tutulur və tam təminatın bir neçə gün davam edəcəyi ehtimal olunur.

Polis hadisə ilə bağlı araşdırma aparır, yanğının qəza, yoxsa təxribat nəticəsində baş verdiyi hələlik açıqlanmayıb. Elektrik kəsintisi bəzi xəstəxanaları və sosial müəssisələri də əhatə etdiyindən, fövqəladə xidmət qurumları həmin obyektlərin alternativ enerji ilə təminatı üçün
tədbirlər görür.

Hazırda Berlində qarlı hava şəraiti davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO