Nyu-Yorkun yeni meri Zöhran Məmdani şəhəri fəhlə sinfinə yönəlmiş inklüziv yanaşma ilə idarə edəcəyini söyləyib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, senator Berni Sandersin də qatıldığı andiçmə mərasimində o, sosialist prinsiplərindən geri çəkilməyəcəyini bildirib.
Məmdani zəngin, böyük korporasiyalardan daha çox vergi toplamaqla pulsuz uşaq baxımı və pulsuz avtobus xidmətləri kimi layihələri həyata keçirmək istədiyini bildirib. Məmdani qarşıdakı vəzifənin çətin olacağını ifadə edərək, siyasi solçuların təkcə ölkədə deyil, həm də dünyada uğur qazana biləcəyini görmək istədiyini əlavə edib.
Vəzifəyə başladığı ilk gün Mamdani şəhərin əvvəlki meri Erik Adamsın İsraili dəstəkləmək üçün imzaladığı bəzi fərmanları ləğv edib. Bunlara şəhər qurumlarının İsraili boykot etməsini və ya İsraildən investisiyaları geri çəkməsini qadağan edən fərmanlar da daxil idi.
Zöhran Məmdani Uqandadanın paytaxtı Kampala şəhərində anadan olub, amma valideynləri hindlidir. Atası tanınmış alim, kolonializm və postkolonial tədqiqatlar üzrə mütəxəssis Mahmud Məmdani, anası isə kinorejissor Mira Nairdir.
Bizim.Media




































































































