“Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri, Prezident Nikolas Maduroya qarşı genişmiqyaslı zərbəni uğurla həyata keçirib. Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilib və ölkədən çıxarılaraq başqa yerə aparılıb”.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth social” hesabında yazıb.
“Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib. Təfərrüatlar sonra açıqlanacaq. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm!”, - deyə Tramp qeyd edib.
Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq ABŞ Venesuelaya qarşı hava zərbələri endirib.
İlkin məlumatlara görə, hücumlar zamanı Venesuelanın hərbi və strateji obyektləri hədəf alınıb. Venesuela Prezidenti Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edib.

Bizim.Media



































































































