Qərbdə “Xəz paltolu Madonna”nı əl-əl AXTARIRLAR

Qərbdə “Xəz paltolu Madonna”nı əl-əl AXTARIRLAR

Hazırda oxunan: Qərbdə “Xəz paltolu Madonna”nı əl-əl AXTARIRLAR

588739

Dünyaca məşhur model Kendall Cennerin son paylaşımı böyük maraq doğurub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, moda dünyasının zirvəsində olan Kendall türk ədəbiyyatının şah əsərlərindən biriylə bağlı paylaşım edib: Səbahaddin Alinin məşhur "Xəz paltolu Madonna" izləyicilər arasında maraqla qarşılanıb.

Böyük fanat kütləsi olan modelin əsərin ingilis dilinə tərcüməsini “İnstaqram” hesabında paylaşımı təkcə ədəbi dünyada deyil, həm də moda dünyasında ajiotaj yaradıb.

Bəs bu paylaşımın arxasında nə dayanır?

Kendalın paylaşımı təkcə onun ədəbiyyatla əlaqəsini deyil, həm də qlobal mədəni mübadiləni ortaya qoyur. Modelin bu paylaşımı tez bir zamanda böyük diqqət çəkib.
 

Paylaşım minlərlə bəyənmə və şərh toplayaraq romanı yenidən diqqət mərkəzinə gətirib. Cennerin bu əsəri izləyicilərinə təqdim etməsi kitabın qlobal təsirinin bir nümunəsi hesab olunur.


Qeyd edək ki, S.Alinin ölümündən onilliklər keçməsinə baxmayaraq, onun xəz paltolu madonnasına maraq ölməyib. 2025-ci ildə İngiltərədə 30.000 nüsxə satılıb və bununla da Ceyn Oustinin məşhur “Qürur və qərəz” (Pride and Prejudice) əsərinin satış populyarlığını ötüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO