Xəbər verdiyimiz kimi, ABŞ Venesuelaya aviazərbələr endirməyə başlayıb.
Bizim.Media “Reuters” agentliyinə istinadən xəbər verir ki, zərbələr şəhərin cənub hissəsinə - Fort Tiuna məhəlləsinə və Generalissimo Fransisko de Miranda Hava Bazasına endirilib.
İlkin məlumatlara görə, Karakasda ən azı on hədəfə hücum edilib. Ölkənin şimal hissəsində, Hərbi Dəniz Akademiyasının yerləşdiyi Varqas ştatındakı La Quayra Hərbi Dəniz Bazasına da zərbə endirilib.
Karakasda hava hücumu xəbərdarlığı edilib. Venesuela Hərbi Hava Qüvvələri Amerika təyyarələrini və helikopterlərini ələ keçirmək üçün Su-30MKV qırıcı təyyarələrini havaya qaldırıb.
Bundan əlavə, Karakas səmasında ABŞ ordusuna məxsus çox sayda "Chinook" helikopterləri uçur.
Bizim.Media



































































































