İlon Mask: "Onu həbs edin!"

İlon Mask: "Onu həbs edin!"

Hazırda oxunan: İlon Mask: "Onu həbs edin!"

588690

"SpaceX" şirkətinin təsisçisi İlon Mask Somalinin BMT-dəki daimi nümayəndəsi Abukar Dahir Osmanın həbs olunmasına çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə İ.Mask "X" sosial şəbəkəsində yazıb.

"Onu həbs edin", - deyə İ.Mask Osmanın əvvəllər ABŞ vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən və "Medicaid" proqramı ilə dələduzluqda təqsirli bilinən bir səhiyyə şirkətinə sahib olduğunu iddia edən paylaşım altında yazıb.

Abukar Dahir Osman aylıq rotasiya çərçivəsində 1 yanvar 2026-cı ildə BMT Təhlükəsizlik Şurasının sədrliyini öz üzərinə götürüb. Somali özü 2025-2026-cı illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv kimi qoşulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO