Bütün dünyanın izlədiyi 5 yaşlı oğlan öldü - FOTO/VİDEO

Bütün dünyanın izlədiyi 5 yaşlı oğlan öldü - FOTO/VİDEO

Hazırda oxunan: Bütün dünyanın izlədiyi 5 yaşlı oğlan öldü - FOTO/VİDEO

58866

Xilasedicilər və könüllülər Mərakeşin şimalında quyuya düşən beş yaşlı Rayanın həyatını xilas edə bilməyiblər. 

Bizim.Media xarici mətbuata istiandən xəbər verir ki, şənbə günü axşam bir qrup xilasedici qucağında uşaqla qazdıqları tuneldən çıxıb.

Uşağın ölümünü xilasedicilər qrupuna daxil olan həkimlər müəyyən ediblər.

Mərakeş mətbuatının yazdığına görə, uşaq yuxarı çıxarılanda o, hələ sağ olub. 9tv.co.il yazır ki, uşağın ölümünün mümkün səbəbi ağır kəllə-beyin travmasıdır.

Faciə fevralın 1-də ölkənin şimalındakı Çefşauen əyalətində baş verib. Rayan adlı oğlan itkin düşəndə bütün kənd onu axtarmağa tələsib. Bir neçə saatlıq axtarışlardan sonra onun dərin və ensiz quyu şaxtasına düşdüyü məlum olub.

Hadisə yerinə gələn xilasedicilər Rayanın təxminən 32 metr dərinliyində olduğunu müəyyən ediblər. Ona çatmaq üçün bir çuxur qazmalı, sonra oradan uşağın yatdığı yerə yeraltı keçiddən keçməli idilər.

Rayanın sağ qalması üçün quyuya oksigen maskası endirilib və xilasedicilər mütəmadi olaraq ona su və yemək veriblər.

Beş gün davam edən əməliyyata mülki müdafiə bölmələri, jandarma, yardımçı qüvvələr (Mərakeşdəki daxili qoşunların analoqu), həkimlər və mina xilasedicilərindən onlarla insan cəlb olunub. 

Xilasetmə əməliyyatının gedişini Mərakeş kralı VI Məhəmməd müşahidə edib. 

Uşağın ölümü məlum olduqdan sonra o, valideynlərinə zəng edərək başsağlığı verən ilk şəxslərdən olub.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO