Kəlbəcərdə hazırda nə istiliklə, nə də işıqla bağlı problem var

Kəlbəcərdə hazırda nə istiliklə, nə də işıqla bağlı problem var

Hazırda oxunan: Kəlbəcərdə hazırda nə istiliklə, nə də işıqla bağlı problem var

588642

Sosial şəbəkələrdə Kəlbəcərdə Yeni ilin gəlməsi ilə elektrik enerjisinin kəsildiyi, şəhərin istiliksiz və susuz qaldığı ilə bağlı məlumatlar yayılıb. Bununla da sakinlərin sərt qış günündə soyuqda qaldığı bildirilib.

Bizim.Media “Qafqazinfo”-y istinadən xəbər verir ki, istiliklə bağlı yaranan problem artıq aradan qaldırılıb.

Belə ki, elektrik enerjisinin verilişində problem yaransa da, səhər saat 7-də bərpa edilib.
 

Həmçinin bütün rayon üzrə kombilərdə problem olmayıb. Sakinlərdən birinin evindəki kombidə problem olub ki, həmin şəxs də mənzildə yaşamırmış.


Qeyd edək ki, hazırda vatsap qrupları üzərindən əhaliyə təlimatlar verilir. Kəlbəcərdə suların donması ilə bağlı da hər hansı problem yaşanmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO