Sənədli filmlərin tanınmış kanalı "History Channel" 31 dekabr 2025-ci il tarixindən etibarən Türkiyədə yayımlarını dayandırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, kanal öz ekranında izləyicilərinə təşəkkür mesajı ünvanlayıb.
"History Channel" 1995-ci ildə dünya miqyasında fəaliyyətə başlayıb və A+E Networks şirkətinin çətiri altında sürətlə beynəlxalq tanınmış brendə çevrilib. Kanal təkcə ABŞ-da deyil, həmçinin Avropa, Yaxın Şərq və Asiya regionlarında geniş auditoriya əldə edib. Türkiyədə yayıma başlaması isə bu qlobal genişlənmənin bir hissəsi olub.
2006-cı ildən etibarən Türkiyədə fəaliyyət göstərən kanal, tarix, sənədli filmlər və tədqiqat proqramları ilə izləyicilərin diqqətini cəlb etmişdi.
Qədim sivilizasiyalardan dünya müharibələrinə, Osmanlı tarixindən müasir siyasi hadisələrə qədər müxtəlif mövzuları təqdim edən kanal, sənədli film yayımları üçün aparıcı platformalardan birinə çevrilmişdi.
Bizim.Media

































































































