Bu ölkədə qızlar 12 yaşdan sonra “gözəgörünməz” olurlar

Bu ölkədə qızlar 12 yaşdan sonra “gözəgörünməz” olurlar

Hazırda oxunan: Bu ölkədə qızlar 12 yaşdan sonra “gözəgörünməz” olurlar

588583

Taliban rejiminin Əfqanıstanda hakimiyyətə gəlişindən sonra qadınların günü qara oldu.

Qadınlar ictimai həyatdan faktiki olaraq kənarlaşdıraraq ciddi  məhdudiyyətlərə məruz qaldılar. 114 səhifəlik “Əxlaqsızlığın qarşısının alınması”qanunu əvvəlki bütün fərmanları vahid çərçivədə birləşdirdi.

Bizim.Media xəbər verir ki, bu qaydalara görə, qadınlar sakit, itaətkar və demək olar ki, gözəgörünməz olmalıdırlar. Bu qaydalara əməl olumaması cəza ilə nəticələnə bilər.
 

Qanuna görə, qadın cinsindən olan istənilən yaşda şəxs yanında kişi olmadan ictimaiyyət arasına çıxa bilməz. Adam arasında danışa bilməz, səsinin eşidilməsi qəbuledilməzdir. Taksi şirkətlərinə qadınların tək daşınmasına imtina tələbi qoyulub. Çünki qadınlar sərbəst hərəkət edə, səfərə çıxa bilməz. 


Ən ağrılı zərbə təhsilə qoyulan qadağa oldu. Əfqanıstan dünyada 12 yaşdan yuxarı qızların təhsil almasına qadağa qoyulan və universitetlərin qadınlar üçün tamamilə bağlandığı yeganə ölkədir. 

Bundan başqa, qadın təsviri olan rəsmlər qadağan edilib.

Plakatlar, lövhələr, fotoşəkillər və divar rəsmləri hər yerdən yığışdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO