Bricit Bardonun ailəsi Makronun dəfndə iştirakına İCAZƏ VERMƏDİ

Bricit Bardonun ailəsi Makronun dəfndə iştirakına İCAZƏ VERMƏDİ

Hazırda oxunan: Bricit Bardonun ailəsi Makronun dəfndə iştirakına İCAZƏ VERMƏDİ

588437

Bricit Bardonun ailəsi Fransa Prezidenti Emmanuel Makronu aktrisanın 7 yanvar tarixində Sen-Tropedə keçiriləcək dəfn günü baş tutacaq anım (zaqupoy) mərasiminə dəvət etməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə “La Dépêche” nəşri məlumat yayıb.

Məlumata görə, Yelisey Sarayı milli vida mərasiminin təşkilini təklif etsə də, Bardonun yaxınları bu müraciətə cavab verməyiblər. Aktrisanın həyat yoldaşı Bernard d’Ormal bildirib ki, hakimiyyətin həqiqi ehtiramı heyvanların müdafiəsi üzrə Dövlət Katibliyinin yaradılması və at ətinin istehlakından imtina edilməsi olardı.

Qeyd edək ki, 2023-cü ildə vəhşi təbiətin qorunması üzrə fonda rəhbərlik edən Bricit Bardo Makrona məktub ünvanlayaraq, heyvanların müdafiəsi məsələlərində onun “fəaliyyətsizliyi və qorxaqlığı”ndan narazılığını ifadə etmişdi.

Aktrisanın dəfn mərasimi Sen-Trope şəhər qəbiristanlığında keçiriləcək. Burada aktrisanın valideynləri və ilk həyat yoldaşı Roje Vadim də dəfn olunub. Qapalı vida mərasimi Notr-Dam-de-l’Assompsyon kilsəsində baş tutacaq, sakinlər və pərəstişkarlar üçün isə mərasim limanda və Plas-de-Lis meydanında qurulan ekranlar vasitəsilə yayımlanacaq.

Xatırladaq ki, əfsanəvi aktrisa Bricit Bardo 28 dekabr tarixində 91 yaşında vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO