Türkiyənin Artvin vilayətində qar uçqunu baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Artvin valisi Turan Ergün məlumat verib.
Onun sözlərinə görə, həmin ərazidə çobanlar qar altında qalıblar və xilasetmə qrupları hadisə yerinə çatmağa çalışır.
Vali həmçinin qeyd edib ki, bölgədə hava şəraiti əlverişsizdir, lakin çətin şərtlərə baxmayaraq, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər qurumların əməkdaşları xilasetmə işlərini davam etdirirlər.
Axtarış nəticəsində bir çobanın meyiti tapılıb, iki nəfərin axtarışı davam edir.
Digər iki nəfərin axtarışları isə davam etdirilir.
Bizim.Media































































































