Bu veriliş və seriallara görə kanallar cəzalandırıldı - SİYAHI

Bu veriliş və seriallara görə kanallar cəzalandırıldı - SİYAHI

Hazırda oxunan: Bu veriliş və seriallara görə kanallar cəzalandırıldı - SİYAHI

58833

Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK ölkədə yayımlanan bir çox veriliş və seriallarda yol verilən uyğunsuz görüntülərə görə kanalları cəzalandırıb.

Bizim.Media xəbər verir ki, cərimələrin tətbiq olunmasına səbəb olan proqramlara aşağıdakılar aiddir:

- "FOX"da yayımlanan "Fulya ile umudun olsun"

- "Show TV"də təqdim edilən "Didem Arslan Yılmazla vazgeçme"

- "Beyaz TV"də nümayiş olunan "Her şey yaşamda var"

- "Star TV"də yayımlanan "Serap Paközle gerçeğin peşinde"

- "ATV"də göstərilən "Esra Erolda" 

Bu kanallara yayımlarında yol verdikləri qanun pozuntularına görə inzibati cərimələr tətbiq edilib.

Bir neçə gün əvvəl qəbul edilən sanksiya qərarına məhəl qoymadan eyni pozuntuları davam etdirənlərə qarşı isə daha ağır cəzaların verilə bilinəcəyi də bildirilib. 

Bundan başqa, "Fox"da təqdim olunan "Yasak elma" serialında evlilik xaricində münasibətlərin önə çıxarılması, "Kanal D"də yayımlanan "Yarqı" adlı ekran işində həddindən artıq şiddətin yer almasına görə sözügedən kanallar cərimələnib.

"TV 8"də nümayiş edilən “Survivor allstar” proqramının təhlili zamanı gərgin müzakirə mühitində işlədilən təhqir və ittihamların, aqressiv rəftarların uşaq və gənclərə mənfi təsir göstərə biləcəyi qərara alınıb.

Bu səbəbdən RTÜK yayımçıya inzibati cərimə tətbiq edilməsinə qərar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO