“Ukrayna sülhə getdikcə daha da yaxınlaşır” - Donald Tusk

“Ukrayna sülhə getdikcə daha da yaxınlaşır” - Donald Tusk

Hazırda oxunan: “Ukrayna sülhə getdikcə daha da yaxınlaşır” - Donald Tusk

588240

“Ukrayna sülhə getdikcə daha da yaxınlaşır. Üstəlik, son günlər aparılan danışıqların əsas nəticələrindən biri ABŞ-nin təhlükəsizlik zəmanətləri, o cümlədən Ukraynada Amerika qoşunlarının yerləşdirilməsi ilə bağlı bəyanatı olub.

Bizim.Media xəbər verir ki, bunu Avropa liderlərinin telekonfransından sonra Polşanın baş naziri Donald Tusk bildirib.
 

“Biz Ukrayna, ABŞ, Aİ və Kanada liderlərinin iştirak etdiyi ciddi danışıqların birinci mərhələsinin nəticəsini dəyərləndirdik. Sülh üfüqdə görünür. Şübhə yoxdur ki, ümid etməyə əsas verən hadisələr baş verib və bu müharibə tezliklə bitə bilər. Amma bu hələ də yalnız ümiddir, 100 faiz əminlikdən hələ uzağıq”, – deyə o, jurnalistlərə bildirib.


Tuskun sözlərinə görə, sülh sazişi imzalandıqdan sonra ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazır olduğunu bəyan edib.

O qeyd edib ki, bu zəmanətlərə, məsələn, Ukrayna ilə Rusiya arasındakı sərhəddə və ya təmas xəttində Amerika qoşunlarının mövcudluğu da daxildir.

“Bu cür birmənalı bəyanatlar ilk dəfədir səslənir. Atlantikanın o tayındakı tərəfdaşlarımızın nə dərəcədə qərarlı olacağını görəcəyik, lakin bu, danışıqların uğurla başa çatacağına ümid verir. Mənim üçün uğur müharibənin başa çatması deməkdir”, – deyə Polşanın baş naziri vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO