Zelenski qoşunların Donbasdan çıxarılması üçün şərtlərini açıqladı

Zelenski qoşunların Donbasdan çıxarılması üçün şərtlərini açıqladı

Hazırda oxunan: Zelenski qoşunların Donbasdan çıxarılması üçün şərtlərini açıqladı

588175

Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk və Luqansk vilayətləri ilə bağlı kompromis variantını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində danışıb.

“Biz oradan sadəcə çıxa bilmərik - bu, qanunvericiliyimizin pozulması deməkdir. Biz öz ərazilərimizdən imtina edə bilmərik. Üstəlik, məsələ yalnız qanunla bağlı deyil. Orada təxminən 300 min insan yaşayır. Biz bu insanları sadəcə itirə bilmərik. Biz çıxıb gedə bilmərik, çünki orada yüz minlərlə insan yaralanıb və on minlərlə insan həlak olub. Bundan əlavə, orada bizim ordumuz var”, - o bildirib.

Bununla belə, Zelenskinin sözlərinə görə, qeyd olunan ərazilərdə xüsusi qaydaların tətbiq olunduğu azad iqtisadi zonanın yaradılması real kompromis ola bilər:

“Söhbət təkcə hüquqdan deyil, həm də yerdəki reallıqdan gedir. Buna görə də, biz azad iqtisadi zonanın yaradılması kimi bir kompromis təklif etdik. Əgər biz bir neçə kilometr geri çəkiliriksə, Rusiya da eyni addımları atmalı və qüvvələrini bir neçə kilometr geri çəkməlidir. Belə bir azad iqtisadi zonada xüsusi qaydalar tətbiq olunacaq”.

Ukrayna lideri belə bir qərarın yalnız seçicilər tərəfindən referendumda təsdiqlənə biləcəyini qeyd edib: “Əgər belə bir iqtisadi zonanın yaradılması barədə qərar qəbul edilərsə, onu təsdiq, ya da rədd etmək üçün referendum keçirilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO