Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında yenidən telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
O qeyd edib ki, Putin Trampın diqqətini Kiyevin Novqorod vilayətində yerləşən öz dövlət iqamətgahına pilotsuz uçuş aparatları (PUA) ilə hücumuna çəkib. Tramp isə öz növbəsində Kiyevin Putinin dövlət iqamətgahına hücumundan şoka düşdüyünü və qəzəbləndiyini bildirib.
Vladimir Putin ABŞ prezidentinə bəyan edib ki, Kiyevin dövlət iqamətgahına qarşı terror xarakterli hücumu cavabsız qalmayacaq və Tramp qeyd edib ki, bu PUA hücumu ABŞ-ın Zelenski ilə iş yanaşmalarına təsir göstərəcək.
Putin Trampa açıq şəkildə bildirib ki, Kiyevin həyata keçirdiyi dövlət terrorizmi ilə əlaqədar olaraq RF-nin mövqeyi yenidən nəzərdən keçiriləcək.
Tramp və onun müşavirləri Putini Zelenski ilə aparılan danışıqların nəticələri barədə məlumatlandırıblar. ABŞ tərəfi bildirib ki, Zelenskiyə cəbhədə fasilə əldə etməyə çalışmamağı tövsiyə ediblər;
Putin və Tramp dialoqu kifayət qədər dostyana şəkildə davam etdirmək barədə razılığa gəliblər.
Bizim.Media






























































































