Floridada Trampla Zelenski arasında görüş başladı

Floridada Trampla Zelenski arasında görüş başladı

Hazırda oxunan: Floridada Trampla Zelenski arasında görüş başladı

587882

Bu dəqiqələrdə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.

Bizim.Media xəbər verir ki, görüş Trampın Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında təşkil olunub.

Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün təklif edilən 20 maddəlik sülh planı liderlərin əsas müzakirə mövzusu olacaq.

Tərəflərin görüşdən sonra Avropa liderlərinə zəng etməsi də nəzərdə tutulub.

Görüşdən əvvəl Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Bu, Zelenskinin Trampla görüşmək üçün ABŞ-a beşinci səfəridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO