Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Hazırda oxunan: Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

587876

“Ölkəmizin bədniyyətliləri çox yaxşı görürlər ki, vizasız rejimin mümkün ləğvi mövzusundan istifadə edərək süni müdaxilə yolu ilə hökuməti kənardan dəyişdirmək mümkün deyil.

Düşünmürəm ki, onların mövqeləri güclüdür. Lakin onlar inqilab təşkil edə bilməyəcəklər, onların inqlabla bağlı altıncı cəhdləri də uğursuz olacaq”.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı ilə vizasız rejimin dayandırıla biləcəyi ilə bağlı suala cavab olaraq bildirib.

"Düşünürəm ki, Avropa bürokratiyası praqmatik qalacaq və gürcü xalqını əsəbiləşdirəcək qərar qəbul edilməyəcək", - deyə Baş nazir vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstanın bədniyyətliləri ölkədə daim gərginlik yaratmaq üçün bu şantaj vasitəsindən istifadə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO