Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Hazırda oxunan: Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

587875

“Biz elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən və ya sülh sazişindən sonra bir daha hücuma məruz qalmasın”.

Bizim.Media xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Almaniyanın “Bild” nəşrinə videomüsahibəsində deyib.

Baş katib bildirib ki, əsas hədəf Rusiyanın Ukraynaya yenidən hücumunun onun üçün fəlakətli nəticələr doğuracağını başa düşməsidir. Bunun üçün üç əsas amili qeyd edən M. Rutte deyib: “Birinci amil Ukrayna Silahlı Qüvvələridir. O, mükəmməl vəziyyətdə olmalıdır. Əlbəttə, bu müharibə zamanı artıq fövqəladə fəaliyyət göstərir, lakin müharibədən və ya uzunmüddətli atəşkəsdən sonra da ölkəni qoruya bilməlidir.

İkinci amil Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi, Almaniya və digər ölkələrin qatıldığı “istəklilər koalisiyasıdır”. Bu koalisiya Ukrayna Silahlı Qüvvələrinə əlavə olaraq, Rusiyanın bir daha belə bir addım atmağa cəsarət etməməsi üçün lazım olan bütün vasitələri təmin edəcək.

Üçüncü səviyyə isə Amerika Birləşmiş Ştatlarıdır (ABŞ). ABŞ Prezidenti avqustda bu prosesdə iştirak etmək istədiyini bəyan edib. Hazırda biz bu üç elementi – Ukrayna Silahlı Qüvvələrini, “istəklilər koalisiyası”nı və ABŞ-ın töhfəsini elə bir şəkildə birləşdirmək üzərində işləyirik ki, Rusiya Ukraynaya bir daha toxuna bilməyəcəyini aydın şəkildə anlasın”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO