Moldovada da “Rus Evi” bağlanır - Azərbaycan bu addımı ilin əvvəlində atıb

Moldovada da “Rus Evi” bağlanır - Azərbaycan bu addımı ilin əvvəlində atıb

Hazırda oxunan: Moldovada da “Rus Evi” bağlanır - Azərbaycan bu addımı ilin əvvəlində atıb

587852

Moldovada “Rus Evi” bağlanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Moldovanın Xarici İşlər naziri Mihai Popşoy yayıb.

O, bildirib ki, Rusiya tərəfinə artıq "Rus Evi” ilə bağlı sazişinin ləğv olunacağı haqda xəbərdarlıq edilib:

“Mövcud sazişin müddəti iyunun sonunda və ya iyulun əvvəlində bitdikdə, onun müddəti uzadılmayacaq. Bu isə sənədin hüquqi qüvvəsinin başa çatması deməkdir”.

O əlavə edib ki, beynəlxalq hüquqa uyğun olaraq, Rusiya tərəfi bu müddəalara əməl etməlidir.

Xatırladaq ki, Rusiyanın Bakıda 1997-ci ildən fəaliyyət göstərən “Rus Evi” adlı mədəniyyət mərkəzi 2025-ci ilin fevralında bağlanıb.

Bu, ötən il dekabrın 25-də Azərbaycan sərnişin təyyarəsinin Rusiya səmasında raket zərbələri alması nəticəsində qəzaya uğramasından sonra iki ölkə arasında gərginləşmiş münasibətlər fonunda baş verib.

Onun bir daha açılmayacağını xarici işlər naziri Ceyhun Bayramov dekabrın 25-də keçirdiyi mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, "Rus Evi"nin bağlanmasına səbəb mərkəzin uzun müddət Azərbaycanda qeydiyyatsız fəaliyyət göstərməsi olub.

"Rus Evi" ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub. Ləğvetmə ilə bağlı, əməkhaqqı və s. yarımçıq proseslər qalıb. Rusiya tərəfi mərkəzdən ləğvedicilər təyin edib, onlar Azərbaycana gəlib. Rusiya səfirliyi bizə müraciət edib, XİN-dən dəstək istəyib. Biz yarımçıq qalan məsələlərin bitməsi üçün lazımi dəstək vermişik. "Rus Evi"nin ləğvi tam başa çatıb, yarımçıq heç nə qalmayıb", - nazir deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO