Macarıstanın xarici işlər naziri: Biz miqrant istəmirik

Macarıstanın xarici işlər naziri: Biz miqrant istəmirik

Hazırda oxunan: Macarıstanın xarici işlər naziri: Biz miqrant istəmirik

587850

"Macarıstan gündə 1 milyon avro cərimə ödəməsinə baxmayaraq, 2026-cı ildə qüvvəyə minən Avropa İttifaqı Miqrasiya Paktının şərtlərinə əməl etməyəcək".

Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

O, hökumətin bir nəfər də olsun qanunsuz miqrantı ölkə ərazisinə buraxmayacağını vurğulayıb.

"Biz buna "yox" deyirik və əvvəlcədən bəyan edirik: Macarıstan miqrasiya paktında nəzərdə tutulan tədbirləri həyata keçirməyəcək. Biz miqrant istəmirik, paralel cəmiyyətlər istəmirik və Milad tətilini qorxu içində keçirmək istəmirik", - nazir "Facebook" səhifəsində yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO