Nyu-Cersi ştatında (ABŞ-ın şimal-şərqində) onlarla “Lukoyl” yanacaqdoldurma məntəqələrinin sahibi prezident Donald Tramp administrasiyasının tətbiq etdiyi sanksiyaların nəticələrini müzakirə etmək üçün toplaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg yazıb.
Alıcılar ABŞ hakimiyyətini onları taleyin ümidinə buraxmaqda ittiham edirlər.
“New Jersey Gasoline”, “C-Store”, “Automotive Association”un icraçı direktoru Erik Blomqren qeyd edib ki, təxminən 200 amerikalı kiçik biznes nümayəndəsi yox olmaq təhlükəsi ilə üzləşib.
Rusiyanın “Lukoyl” neft şirkəti oktyabrın sonunda ABŞ-ın sanksiya siyahısına salınıb. Kremldə şirkətə qarşı tədbirləri ABŞ-ın “dost olmayan addımı” adlandırıblar.
Şirkət 2000-ci ildə Getty Petroleum Marketingi alaraq ABŞ bazarına çıxıb, 2004-cü ildə isə Nyu-Cersi, Nyu-York və Pensilvaniyada Mobil stansiyalarını rebrendinq edib. Hazırda onların sayı 200-dən azdır.
“Lukoyl” sanksiyalara düşəndən sonra xarici aktivlərini satmaq üçün alıcılar axtarmağa başlayıb.
Əvvəllər aktivlərin alınmasına ABŞ-ın ən böyük özəl investisiya fondlarından biri olan Carlyle, amerikalı Chevron enerji korporasiyası, ExxonMobil neftçıxarma şirkəti, macar MOL və keçmiş Pornhub sahibi Bernd Berqmayr maraq göstəriblər. Bu gün əsas namizədlərdən biri Səudiyyə Ərəbistanının Midad Energy şirkətidir.
Bizim.Media

































































































