Polşanın iki hava limanının fəaliyyəti dayandırıldı

Polşanın iki hava limanının fəaliyyəti dayandırıldı

Hazırda oxunan: Polşanın iki hava limanının fəaliyyəti dayandırıldı

587680

Ukraynada baş verən münaqişədə artan hücumlar səbəbindən Polşanın Jeşuv və Lyublin şəhərlərindəki hava limanları uçuşları dayandırıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Hava Naviqasiya Agentliyi məlumat yayıb.
 

Məlumata görə, Polşa hərbi təyyarələrinin sərbəst hərəkətini təmin etmək üçün belə addım atılıb. Bu qərarın elan olunmasından təxminən bir saat əvvəl Polşa Silahlı Qüvvələri yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemlərinin döyüş hazırlığına gətirildiyini bəyan edib.


Bildirilib ki, əməliyyat profilaktik xarakter daşıyır və Polşa hava məkanının təhlükəsizliyini və mühafizəsini təmin etməyə yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO