Zelenski geyim tərzini Trampla mübahisəsinə görə dəyişib?

Zelenski geyim tərzini Trampla mübahisəsinə görə dəyişib?

Hazırda oxunan: Zelenski geyim tərzini Trampla mübahisəsinə görə dəyişib?

587627

Ukraynalı dizayner Viktor Anisimov bildirib ki, Vladimir Zelenski hərbi üslublu geyimi ABŞ prezidenti Donald Trampla mübahisəyə görə deyil, həyat yoldaşı Yelenanın xahişi ilə kostyumla əvəz edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, dizayner qeyd edib ki, Zelenski son vaxtlar əvvəlkindən daha tez-tez xarici səfərlər edir.

“Onun birinci xanım və nümayəndə heyətinin qalan üzvləri ilə arasındakı kontrast diqqəti cəlb etməyə başladı”, — deyə Anisimov bildirib.

Üslubu dəyişmək ideyası bu ilin əvvəlində yaranıb. Təşəbbüskar Yelena Zelenskaya olub.
 

Xatırladaq ki, Tramp Ağ Evdə keçirilən görüş üçün Vladimir Zelenskinin seçdiyi geyimi bəyəndiyini söyləmişdi.


Fransanın Boulevard Voltaire nəşri NATO sammitində Vladimir Zelenskinin xarici görünüşünü şərh edərək, onun kostyumunun DJ obrazını xatırlatdığını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO