Putin Pekində Ukraynanın təqdimatı zamanı

Putin Pekində Ukraynanın təqdimatı zamanı "yuxuladı" - VİDEO

Hazırda oxunan: Putin Pekində Ukraynanın təqdimatı zamanı "yuxuladı" - VİDEO

58745

Pekində keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edənlər arasında Rusiya prezidenti Vladimir Putin də olub. 

Bizim.Media xəbər verir ki, o, Ukrayna komandasının mərasimdə təqdimatı zamanı yuxulayıb. Şərhçi Rusiya liderinin soyadını səsləndirən zaman isə Putin qəfildən diksinərək gözlərini açıb.

Bəzi KİV-in məlumatına görə, Putin bunu Ukrayna komandasının meydana çıxması zamanı bilərəkdən edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Pekin Olimpiadasının açılış mərasimində dövlət başçısının yuxuya getməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Peskov deyib:

“Sosial şəbəkələrdə müzakirə olunan hər şey şərh olunsa, ağlınızı itirə bilərsiniz. Biz bunu rəva görə bilmərik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO