"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat etdi – FOTO

"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat etdi – FOTO

Hazırda oxunan: "Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat etdi – FOTO

587388

Rusiyanın Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə onun uzun illər çalışdığı A.S.Puşkin adına Moskva Dram Teatrı məlumat yayıb.

"İzvestiya" nəşrinin məlumatına görə, Vera Alentova aktyor Anatoli Lobotski ilə vida mərasimi zamanı Mayakovski Teatrından kliniki ölüm vəziyyətində xəstəxanaya çatdırılıb.

Səhər saat 11-də aktrisa təcili reanimasiya şöbəsinə yerləşdirilib. Alentova xəstəxanada ölüb.

Qeyd edək ki, V. Alentova 1942-ci ildə Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub.

Aktrisa bir sıra tamaşa və filmlərdə oynayıb. Həmçinin o, Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" filimindəki rolu ilə şöhrət qazanıb. Film 1981-ci ildə "Ən Yaxşı Xarici Filmi kateqoriyasında “Oskar” qazanıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO