ABŞ quru müharibə şəraitində Rusiya ilə qarşıdurmaya hazır deyil və belə bir ssenaridə amerikalı qüvvələr çox qısa zamanda məhv edilə bilər.
Bizim.Media xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, pilotsuz uçuş aparatları bölməsinin komandiri İqor Luçenko UNİAN-a verdiyi müsahibədə qeyd edib.
Onun sözlərinə görə, hazırda təqdim olunan sülh planları real təhlükəsizlik zəmanətləri yaratmır və kağız üzərində qalır:
“Yalnız real hərbi güc, silahlanma və möhkəm infrastruktur təhlükəsizlik təminatı ola bilər”.
Luçenko vurğulayıb ki, Rusiya müharibəni dayandırmaq niyyətində deyil və Kremlin hazırkı mövqeyi hücumların davam etdirilməsinə hesablanıb.
Ekspertin fikrincə, Moskva yeni ərazilər ələ keçirməklə danışıqlarda mövqeyini gücləndirməyə çalışır.
O, həmçinin bildirib ki, ABŞ və Avropa arasında münasibətlər getdikcə zəifləyir və Vaşinqton uzunmüddətli perspektivdə Avropadan hərbi qüvvələrini geri çəkməyə meyllidir.
Luçenkonun sözlərinə görə, Rusiya özünü döyüş meydanında üstün hesab etdiyi müddətdə atəşkəs və ya real sülh gözləmək mümkün deyil.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:49 / 25.12.2025
ABŞ quru müharibə şəraitində Rusiyaya tab gətirə bilməz – Ukraynalı hərbi ekspert
Hazırda oxunan: ABŞ quru müharibə şəraitində Rusiyaya tab gətirə bilməz – Ukraynalı hərbi ekspert
Hazırda oxunan: ABŞ quru müharibə şəraitində Rusiyaya tab gətirə bilməz – Ukraynalı hərbi ekspert
587375
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































