ABŞ-ın Arkanzas ştatında məşhur Powerball lotereyasının iştirakçısı Milad ərəfəsində 1,8 milyard dollar məbləğində cekpot qazanıb.
Bizim.Media xəbər verir ki, bu barədə lotereyanın rəsmi saytında yayımlanan açıqlamada bildirilib.
“Powerball cekpotu Arkanzas ştatında udulub! Arkanzasda satılmış biletdə ötən axşam keçirilən tirajda düşən altı rəqəmin hamısı uyğun gəlib və udulan cekpotun məbləği 1 milyard 817 milyon dollar təşkil edib”, – deyə açıqlamada qeyd olunur.
Bildirilir ki, bu qalibiyyət ABŞ lotereyaları tarixində ikinci ən böyük cekpot olub.
Udulan məbləğ qalibə hissə-hissə ödəniləcək: əvvəlcə o, uduşun bir hissəsini alacaq, daha sonra isə 29 il ərzində illik ödənişlər həyata keçiriləcək. Qalib istədiyi halda uduşu birdəfəlik də götürə bilər, lakin bu zaman alacağı məbləğ 834,9 milyon dollaradək azaldılacaq. (Mənbə: Gazeta.ru)
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:44 / 25.12.2025
ABŞ sakini lotereyada 1,8 milyard dollar uddu
Hazırda oxunan: ABŞ sakini lotereyada 1,8 milyard dollar uddu
Hazırda oxunan: ABŞ sakini lotereyada 1,8 milyard dollar uddu
587343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































