Milyonları göyə sovurdu, zibilyığan oldu - Fotolar

Milyonları göyə sovurdu, zibilyığan oldu - Fotolar

Hazırda oxunan: Milyonları göyə sovurdu, zibilyığan oldu - Fotolar

587310

İngiltərədə 19 yaşında olarkən lotereyadan təxminən 10 milyon funt-sterlinq qazanan Maykl Kerroll sərvətini cəmi 8 il ərzində xərclədikdən sonra əvvəlki peşəsi olan zibilyığanlığa geri dönüb.

Bizim.Media xəbər verir ki, ölkənin ən mübahisəli lotereya qaliblərindən biri kimi tanınan Maykl Kerroll 2002-ci ildə cəmi 1 funt-sterlinqlik bilet alaraq böyük uduşa sahib olub.

Təxminən 10 milyon funt-sterlinq (təxminən 22,9 milyon manat) qazanan gənc pullarını idarə etməkdə çətinlik çəkib.

Mətbuatda “loto fəlakəti” kimi tanınan Maykl Kerroll ailə üzvlərinə milyonlarla funt paylayıb, “Rangers” futbol klubuna ianələr edib və lüks xərclərə yönəlib. O, malikanələr, qızıl əşyalar və çoxsaylı bahalı avtomobillər alıb.

Gənc, eyni zamanda, həmin dövrdə narkotik və alkoqol asılılığı yaşadığını, gündə minlərlə funt-sterlinqi narkotik maddələrə xərclədiyini etiraf edib. Tez-tez təşkil etdiyi dəbdəbəli məclislərlə gündəmə gələn Maykl Kerroll sonradan təhdid və şantaj halları ilə də üzləşdiyini bildirib.

2010-cu ilə gəldikdə isə lotereyadan qazandığı pul demək olar ki, tamamilə tükənib.

Bundan sonra o, yenidən zibilyığan işinə müraciət edib, daha sonra müxtəlif sahələrdə çalışaraq dolanışığını təmin edib.

“Heç bir peşmanlığım yoxdur. Heç nəyi dəyişmək istəməzdim”, - M.Kerroll illər sonra verdiyi açıqlamada deyib. (qafqazinfo.az)




Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO