Fransada həftəlik çıxan "Le Point" jurnalı İranda həbsdə saxlanılan iki məhbusla bağlı yazdığı xəbərdə Benjamin Breyer və Fəriba Adilxah barəsində çıxarılan yeni hökmlərin məqsədini iranlıların böyük sövdələşmə cəhdi adlandırıb.
Bizim.Media "Azad İran"a istinadən xəbər verir ki, "İranda fransız məhbuslarla bağlı böyük sövdələşmə" başlığı ilə nəşr olunan yazıdaq əcnəbi və ikili vətəndaşlığı olan məhbuslar İranla Qərb araslda razılaşma vasitəsi adlandırılıb.
MÖVZU İLƏ BAĞLI:
İranda pulların üzərinə yazılan “Yaşasın Azərbaycan” şüarı geniş əks-səda doğurdu
Sonda əlavə edilib ki, Fəriba Adilxah və Benjamin Breyerdən başqa ən az 14 nəfər Qərb ölkələri vətəndaşı İranda zorla həbsdə saxlanılır və hökuməti onlara sövdələşmə vasitəsi kimi baxır.
Bizim.Media