ABŞ üçün Qrenlandiya niyə bu qədər vacibdir? – VİDEO

ABŞ üçün Qrenlandiya niyə bu qədər vacibdir? – VİDEO

Hazırda oxunan: ABŞ üçün Qrenlandiya niyə bu qədər vacibdir? – VİDEO

586972

Qrenlandiya ABŞ üçün təbii sərvətlərinə görə deyil, milli təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Florida ştatında yerləşən
Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlamasında bildirib.

Trampın sözlərinə görə, ABŞ-ın Qrenlandiya ilə bağlı xüsusi nümayəndə təyin etməsi də məhz bu strateji əhəmiyyətlə bağlıdır.

ABŞ Prezidenti Luiziana ştatının qubernatoru Ceff Lendrinin Qrenlandiya üzrə xüsusi nümayəndə təyin olunmasına münasibət bildirərək qeyd edib ki, bu qərar Vaşinqtonun adaya verdiyi müstəsna önəmi açıq şəkildə nümayiş etdirir.

“Bizə Qrenlandiya faydalı qazıntılara görə yox, maliyyə və milli təhlükəsizlik baxımından lazımdır. Qrenlandiyanın sahil xəttinə diqqətlə baxsanız, hər yerdə Rusiya və Çin gəmilərini görərsiniz. Qrenlandiya milli təhlükəsizliyimiz üçün son dərəcə vacibdir. Biz ona sahib olmalıyıq”, – deyə Tramp vurğulayıb.

Ağ Evin rəhbəri əlavə edib ki, Ceff Lendri son dərəcə bacarıqlı və sərfəli razılaşmalar bağlamağı bacaran bir fiqurdur. Tramp Qrenlandiya ilə bağlı məsələlərdə ona tam etibar etdiyini də qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO