Kupyanskın Rusiyanın əsas hədəflərindən biri olmasının səbəbi şəhərin strateji və logistika əhəmiyyətidir.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin “İntiqam” briqadasının nümayəndəsi Vyaçeslav Fedorçenko məlumat yayıb.
Fedorçenko Veçer.LIVE efirində çıxışı zamanı bildirib ki, Kupyansk istiqaməti mühüm logistika arteriyası olmaqla yanaşı, Oskol çayının keçilməsinin qarşısını alan əsas müdafiə xəttidir.
Onun sözlərinə görə, şəhərin itirilməsi Rusiya qüvvələrinə iki əsas istiqamətdə irəliləmək imkanı verə bilər: Xarkov istiqamətində hücum və Donbasda yerləşən Ukrayna bölmələrinin arxa cəbhəsinə çıxış.
“Kupyansk ələ keçirildiyi təqdirdə düşmənin qarşısında iki qapı açılır: biri Xarkov, digəri isə Donbasdakı bölmələrimizin arxasına çıxışdır”, – deyə sərhədçi vurğulayıb.
Fedorçenko qeyd edib ki, şəhər döyüşləri açıq ərazilərdə aparılan döyüşlərlə müqayisədə daha mürəkkəb və təhlükəlidir. Şəhər mühiti düşmənin gizlənməsi, müxtəlif istiqamətlərdən hücum etməsi və pusqular qurması üçün əlverişli şərait yaradır ki, bu da itkilərin artmasına və yaralıların təxliyəsini çətinləşdirir.
O, həmçinin Rusiyanın Kupyanskın tam nəzarətə götürülməsi ilə bağlı açıqlamalarını təkzib edərək bildirib ki, şəhər hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:15 / 23.12.2025
Rusiya Kupyanskı niyə ələ keçirməyə çalışır? - Ukraynalı sərhədçi detalları AÇIQLADI
Hazırda oxunan: Rusiya Kupyanskı niyə ələ keçirməyə çalışır? - Ukraynalı sərhədçi detalları AÇIQLADI
Hazırda oxunan: Rusiya Kupyanskı niyə ələ keçirməyə çalışır? - Ukraynalı sərhədçi detalları AÇIQLADI
586967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































