Putinin qrup yoldaşı qəzaya düşdü

Putinin qrup yoldaşı qəzaya düşdü

Hazırda oxunan: Putinin qrup yoldaşı qəzaya düşdü

586828

Moskva vilayətində Klyazma su anbarında yerləşən yaxt-klublardan birinin akvatoriyasında qayıq gəzintisi zamanı iş adamı Viktor Averin boğularaq həyatını itirib. Onun adı daha əvvəl 1990-cı illərin ən böyük cinayət qruplaşmalarından biri hesab edilən Solntsevo qruplaşması ilə əlaqələndirilirdi.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 

Averin 69 yaşında idi.
 

İlkin məlumata görə, qayıqda Averindən başqa daha beş nəfər olub. Hələlik naməlum səbəbdən qayıq aşıb. Digər sərnişinlər xilas ola biliblər. “Kommersant” yazır ki, Viktor Averinin cəsədinin tapılması üçün dalğıclar cəlb olunub və onlar meyiti suyun altında aşkar ediblər. Onun ölüm faktını KİV-lərə həyat yoldaşı da təsdiqləyib.


StarHit nəşri bildirir ki, sərnişinlərdən biri “RusHidro” şirkətinin baş direktoru Viktor Xmarinin atası – iş adamı Viktor Xmarin (böyük) olub. Bu məlumatı 112 Telegram kanalı da yayıb. O, Rusiya prezidenti Vladimir Putinin kurs yoldaşıdır və adı bir sıra jurnalist araşdırmalarında hallanıb. Rəsmi olaraq sərnişinlərin adları açıqlanmayıb.

“Avera-böyük” ləqəbi ilə tanınan Viktor Averin Solntsevo qruplaşmasının liderlərindən biri hesab olunurdu.

O isə bu qruplaşmaya aidiyyatını heç vaxt təsdiqləməyib. Cinayət məsuliyyətinə cəlb etmək cəhdlərinə baxmayaraq, o, heç vaxt məhkum olunmayıb. Averin göyərçin idman klubunun prezidenti olub, həmçinin Solntsevo rayonunda məbəd tikintisinin maliyyələşdirilməsi ilə məşğul olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO