Uitkoff: “Rusiya Ukraynada sülhə nail olmağa tam sadiqdir”

Uitkoff: “Rusiya Ukraynada sülhə nail olmağa tam sadiqdir”

Hazırda oxunan: Uitkoff: “Rusiya Ukraynada sülhə nail olmağa tam sadiqdir”

586749

Son iki gün ərzində Floridada Ukrayna ilə bağlı sülh planını irəli aparmaq üçün Rusiyanın xüsusi elçisi Kirill Dmitriyevlə ABŞ Prezidenti Donald Trampın nümayəndə heyəti ilə görüşləri olub. 

Bizim.Media xəbər verir ki, ABŞ Prezidenin xüsusi nümayəndəsi Stiv Uitkoff sosial şəbəkə hesabından etdiyi paylaşımda görüşü məhsuldar və konstruktiv adlandırıb.

O, görüşün nəticələri ilə bağlı bildirib ki, Rusiya Ukraynada sülhə nail olmağa tam sadiqdir.

“Rusiya Ukrayna münaqişəsinin həlli və qlobal təhlükəsizliyin bərpası üçün ABŞ-ın səylərini və dəstəyini yüksək qiymətləndirir”,- deyə Uitkoff əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO