SpaceX raketinin partlayışı az qala 3 təyyarə qəzasına səbəb olacaqdı - KİV

SpaceX raketinin partlayışı az qala 3 təyyarə qəzasına səbəb olacaqdı - KİV

Hazırda oxunan: SpaceX raketinin partlayışı az qala 3 təyyarə qəzasına səbəb olacaqdı - KİV

586701

ABŞ-ın SpaceX şirkətinə məxsus Starship kosmik gəmisinin 2025-ci ilin yanvarında baş tutan və uğursuzluqla nəticələnən sınaq buraxılışı Karib dənizi üzərində uçan bir neçə sərnişin təyyarəsini ciddi təhlükə altına qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri ABŞ Federal Mülki Aviasiya Administrasiyasının (FAA) sənədlərinə istinadən məlumat yayıb.
 

Sənədlərdə qeyd olunur ki, SpaceX partlayış barədə qurumu dərhal rəsmi “qaynar xətt” vasitəsilə məlumatlandırmayıb. Bu isə pilotları xəbərdar etmək və təyyarələri mümkün qalıqların düşə biləcəyi təhlükəli zonadan çıxarmaq üçün vacibdir.


Bildirilir ki, Mayamidəki dispetçerlər kosmik gəminin partladığını ilk dəfə pilotlardan, FAA əməkdaşları isə daxili çat vasitəsilə öyrəniblər.

Nəşrin məlumatına görə, göyərtəsində ümumilikdə 450 nəfər olan üç təyyarə risk altına düşüb.

Xatırladaq ki, 17 yanvar tarixində Starship kosmik gəmisi qəzaya uğrayıb. Bu, Texas ştatındakı Starbase kosmodromundan həyata keçirilən raket-daşıyıcının sayca yeddinci sınaq buraxılışı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO