Alimlər uzunömürlülüyün sirrini ilk dəfə AÇIQLADILAR

Alimlər uzunömürlülüyün sirrini ilk dəfə AÇIQLADILAR

Hazırda oxunan: Alimlər uzunömürlülüyün sirrini ilk dəfə AÇIQLADILAR

586698

100 və daha artıq yaşa çatan insanlar uzunömürlülüklərini təkcə həyat tərzinə deyil, həm də qədim əcdadlardan miras qalan genetik irsə borclu ola bilərlər.

Bu qənaətə italiyalı uzunömürlülərin genomlarını araşdıran tədqiqatçılar gəliblər.

Bizim.Media xəbər verir ki, araşdırma GeroScience jurnalında dərc olunub.
 

Alimlər yaşı 100 və daha çox olan 333 italiyalının DNT-sini təhlil edərək onları yaşı təxminən 50 olan 690 sağlam yetkin şəxsin genetik məlumatları ilə müqayisə ediblər. Daha sonra bu göstəricilər müasir İtaliya genofondunu formalaşdırmış dörd əsas qrupu təmsil edən 103 qədim genomla tutuşdurulub: Qərbin ovçuları, Anadoludan olan neolit dövrünün əkinçiləri, bürünc dövrünün köçəriləri, eləcə də İran və Qafqazın qədim populyasiyaları.


Təhlil göstərib ki, uzunömürlülərdə Qərbin ovçularına (Western Hunter-Gatherers, WHG) məxsus genetik irsin payı xeyli yüksəkdir. Bu qrup son buzlaşma dövründən sonra Avropanın ən qədim sakinləri hesab olunur. Digər qədim populyasiyaların genetik töhfəsi isə ekstremal yaşa çatma ehtimalı ilə əlaqəli olmayıb.

Tədqiqatçıların hesablamalarına görə, ovçulara məxsus DNT payının hətta cüzi artması belə 100 yaşa çatmaq ehtimalını təxminən 38% artırır.

Bu təsir xüsusilə qadınlarda daha qabarıq olub: belə genetik komponentin yüksək payı qadınların uzunömürlü olma ehtimalını iki dəfədən çox yüksəldib.

Müəlliflər vurğulayıblar ki, uzunömürlülük genetika, ətraf mühit və həyat tərzi kimi amillərin birgə təsiri nəticəsində formalaşır.

Lakin əldə olunan nəticələr göstərir ki, qədim təkamül irsinin ömür uzunluğuna təsiri əvvəllər düşünüldüyündən xeyli böyük ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO